Müvafiq immiqrasiya yollarının seçilməsindən (məsələn, Mavi Kart, Fürsət Kartı və ya peşə təhsili) başlayaraq, viza və diplomların tanınması proseslərində dəstək göstərir, Almaniyada əmək bazarına uğurlu inteqrasiya üçün məqsədyönlü hazırlıq təklif edirik – bu, ərizə prosesini, dil bacarıqlarının inkişafını və yaşayış yeri tapılmasını da əhatə edir. Fərdi məsləhətlər, aydın və mərhələli yanaşmalar, eləcə də praktiki dəstək vasitəsilə biz mütəxəssislərin Almaniyada iş həyatına uğurla başlamalarına şərait yaradırıq. Qarşıya çıxan maneələri birgə aşaraq, Almaniyadakı karyera yolunuzu daha asan və səmərəli etmək üçün – peşəkar, effektiv və şəxsi yanaşma ilə yanınızdayıq.
Beynəlxalq sahibkarlar üçün Almaniya bazarına hədəflənmiş çıxış imkanları yaradır və uyğun tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasında fəal dəstək göstəririk.
Sizi əlaqələrin qurulması prosesində müşayiət edir, sərgi və nümayəndə heyətlərinin səfərlərini təşkil edir, həmçinin bazar potensialı, əməkdaşlıq modelləri, müqavilə danışıqları və hüquqi çərçivə barədə strateji məsləhətlər təqdim edirik.
Məqsədimiz: Alman şirkətləri ilə uzunmüddətli, etibarlı və uğurlu işgüzar əməkdaşlıqlar qurmaqdır.
Bazar ertəsi - cümə günləri, 9:00 - 17:00
Şənbə günü 9:00 - 14:00 arası
Müştərilərimizin xüsusi ehtiyaclarına cavab verən məqsədyönlü çözümlər təklif edirik. Çətinliklərinizi dərindən dərk etməklə biz xüsusi olaraq Sizin Almaniyadaki karyeranızın uğurlu olması üçün müxtəlif yollar axtarırıq və bununla işgüzar əlaqələrimizin möhkəmləndirik. Biz etimad və qarşılıqlı qiymətləndirməyə əsaslanan uzunmüddətli tərəfdaşlığa arxalanırıq.
Güvən işimizin əsasını təşkil edir - buna görə də biz müştərilərimizin bütün məlumatlarına maksimum məxfiliklə yanaşırıq. Bu, şəxsi məlumatlara, peşəkar planlara, və ya biznes strategiyalarına aiddir: biz bütün səviyyələrdə məsuliyyətli və təmkinli işləməyə zəmanət veririk. Məxfiliyimiz əməkdaşlağımızda cəsarətli addımlar atmaq və davamlı qərarlar qəbul etmək üçün lazım olan qorunan məkanı yaradır.
Ciddilik və dürüstlük bizim üçün yalnız bir tələb deyil – bu, hər bir əməkdaşlığın təməlidir. Biz şəffaf proseslərə, etibarlı bəyanatlara və peşəkar yanaşmaya əsaslanırıq. Müştərilərimiz əmin ola bilərlər ki, biz ən yüksək dürüstlük prinsiplərinə uyğun hərəkət edirik – ilk məsləhətdən uğurlu nəticəyə qədər. Çünki davamlı uğur yalnız etibar və etibarlılığın təbii olduğu yerlərdə yaranır.
Mütəxəsis və ya sahibkar olmasından asılı olmayaraq: Biz insanları yeni peşəkar yollarında fərdi şəkildə istiqamətləndiririk – təcrübəmiz, dürüstlüyümüz və Sizə yaxın olmağımızla. Məqsədimiz yalnız müştərilərimizin Almaniyaya gəlişini təmin etmək deyil, həm də onlara oradakı iş həyatında davamlı uğur əldə etməyə, inteqrasiya olmağa və öz yollarını məmnuniyyət və inamla getməyə kömək etməkdir.
Yeni bir başlanğıcın qarşısındakı çətinliklər və imkanlar barədə dərin anlayışla biz Azərbaycandan olan mütəxəssisləri və iş adamlarını Almaniyaya gedən yolda dəstəkləyirik. Bizim gücümüz yalnız bilikdə deyil, bu bilikləri müştərilərimiz üçün etibarlı perspektivlərə və uğurlu nəticələrə çevirməkdədir.
Azərbaycan’dan Almaniyaya olan şəxsi yolum mənə göstərdi ki, xaricdə iş həyatındaki uğurun açarı cəsarət, bilik və etibarlı tərəfdaşlardır.
Alman şirkətləri ilə 20 ildən artıq əməkdaşlıq təcrübəm əsasında bu gün beynəlxalq mütəxəssislərə Almaniyada peşəkar inteqrasiyada dəstək verir, sahibkarları isə uğurlu işgüzar əlaqələrin qurulması prosesində müşayiət edirəm.
Biznes eksperti kimi interkultural bacarıqlarım və dərin bazar biliyimlə insanları, şirkətləri və mədəniyyətləri bir araya gətirirəm – peşəkarcasına, güvənlə və böyük həvəslə.
Urheberrecht ©
Alle Rechte vorbehalten.
Wir benötigen Ihre Zustimmung zum Laden der Übersetzungen
Wir nutzen einen Drittanbieter-Service, um den Inhalt der Website zu übersetzen, der möglicherweise Daten über Ihre Aktivitäten sammelt. Bitte überprüfen Sie die Details in der Datenschutzerklärung und akzeptieren Sie den Dienst, um die Übersetzungen zu sehen.